Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıyıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur.

"Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər. O ki qaldı Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasına, İrəvandan onun mümkün çıxarılması barədə heç bir siqnal almamışıq. Ölkənin rəsmi şəxsləri bu barədə publik danışıblar ki, belə məsələlər gündəlikdə dayanmır. İrəvanda anlayırlar ki, Rusiya hərbi bazası regionda, Ermənistanda və bütün Cənubi Qafqazda vacib təhlükəsizlik elementidir. Ermənistanla Rusiya arasında, eləcə də Azərbaycanla münasibətlərimiz kontekstində bu məsələ heç vaxt qaldırılmayıb", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.