İtaliya milli komandasının sabiq futbolçusu Mario Balotelli hazırda D Seriyasında çıxış edən "Françiakorta" komandası ilə birgə məşq edir.

Аzad agent statusuna malik 30 yaşlı hücumçu özünə yeni iş yeri axtarır. O, "Breşiya" ilə müqaviləsinin başa çatdığı iyuldan klubsuzdur. Balotelli "Françiakorta"nın rəsmilərindən biri ilə dostluq münasibətlərindədir. Üstəlik, komanda futbolçunun doğma şəhəri Breşiyanın yaxınlığında məskunlaşıb.

Qeyd edək ki, Mario Balotellinin daha əvvəl Fransa "Nant"ının maraq dairəsinə düşdüyü bildirilib. Ötən mövsüm 29 yaşlı hücumçu İtaliya A Seriyasının 19 matçında iştirak edib. O, 16 görüşdə əsas heyətdə yer alıb. 5 qol vurmuş hücumçu 9 sarı və 1 qırmızı vərəqə alıb. Mövsümün gedişində Balotelli klubun məşqçilər heyəti və rəhbərliyi ilə dalaşaraq, kollektivi tərk edib.

.