“Makronun prezidentlik müddəti bitib. Mən keçirilməsi labüd olan erkən seçkiyə hazırlaşıram”.

Yenizaman-ın “Reuters“ə istinadən xəbərinə görə, bunu Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və prezidentliyə keçmiş namizəd Marin Le Pen söyləyib:

“Emmanuel Makron artıq bir siyasətçi kimi tükənib. Onun reytinqi həm ölkə daxilində, həm də xaricdə aşağı düşüb. Vəziyyət o yerə çatıb ki, Makron artıq Avropa İttifaqı çərçivəsində də bütün təsir imkanlarından məhrum olub”.

Yelisey Sarayı M. Le Penin bəyanatına şərh verməyib.

Qeyd edək ki, Fransa lideri bir qədər əvvəl istefaya getməyəcəyini açıqlayıb.

.