"Kimsə başa düşmür ki, mən niyə Putinlə danışığa davam edirəm. Mən bunu ona görə etdim ki, Fransanın burada rolunu görürəm”.

 TF1 telekanalı xəbər verir ki, bunları Fransa Prezidenti Emmanuel Makron deyib.

“Rusiyaya səfər? Bu, ilkin şərtlər tələb edir, yəni Putinin jestlərini. Mən Putinlə bunun Ukrayna Pprezidenti üçün faydalı olması şərtilə danışığı davam edəcəyəm”, - Fransa Prezidenti bildirib.

Makron Rusiyaya səfər üçün şərtini açıqlayıb. Fransa Prezidenti Rusiyaya getməyə və Prezident Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. Lakin belə bir səfər yalnız müəyyən ilkin şərtlər daxilində baş tuta bilər.

Dövlət başçısı qeyd edib ki, indiyədək Moskvadan bununla bağlı heç bir siqnal daxil olmayıb.

O, qeyd etdiyi ilkin şərtlərin bu günədək yerinə yetirilmədiyini vurğulayıb.

Makron həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri Rusiya tərəfi ilə təmaslara görə pisləşməyib.

“Mən bunu iki tur arasında (2019-cu ilin prezident seçkiləri-red) qəbul edən ilk lider olmuşam”, - Fransa Prezidenti xatırladıb.

.