Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlar hazırlıq mərhələsindədir və faydalı ola bilər.
Yenizaman TF1-ə istinadən xəbər verir ki, o, bunu Yuxarı Sona departamentində kənd təsərrüfatı müəssisəsinə səfəri zamanı bildirib.
"Buna hazırlıq üçün texniki səviyyədə müzakirələr aparılır", - Makron bildirib.
Onun sözlərinə görə, proses şəffaf şəkildə, Ukrayna Prezidenti Volodimir Zelenski və əsas Avropa tərəfdaşları ilə koordinasiya olunaraq keçir.
Eyni zamanda Makron vurğulayıb ki, yaxın həftələrdə Rusiyanın sülh bağlamağa hazır olduğunu düşünmür.
Xatırladaq ki, dekabrda Makron Rusiya ilə dialoqun mümkün bərpası barədə qeyd etmişdi.
.
