Avropa Rusiya ilə dialoq aparmaq imkanını heç kimə güzəştə getməməlidir.

Bunu Fransa Prezidenti Emmanuel Makron Davosda Dünya İqtisadi Forumu çərçivəsində deyib.

"Rusiyanın danışıqlar aparan rəsmiləri amerikalılar və başqaları ilə əməkdaşlıq edirlər. Biz bunu yaxşı bilirik", - Makron BFMTV telekanalının efirində bildirib.

O, dialoqu bərpa etmək istədiklərini qeyd edib:

"Dialoqu əsas tərəfdaşlarımızla birlikdə bərpa edəcəyik, çünki bunu faydalı sayırıq. Avropalılar Rusiya ilə əlaqə qurmaq üçün müstəsna hüququ heç kimə güzəştə getməməlidir".

Makron yaxın günlərdə Parisdə Rusiya nümayəndələrinin də iştirakı ilə "Böyük Yeddilik"in (G7) görüşünün keçiriləcəyini təsdiqləməyib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Makronun yanvarın 22-də Parisdə G7 görüşünün təşkili və Rusiya ilə Ukraynanın da qatılmasını təklif etdiyi barədə məlumat bölüşüb.

.