Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Solmaz Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adı verilsin.
.