
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyaya yollanıb.
27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard Türkiyədəki hava limanından Almaniyanın Ştutqart şəhərinə yola düşüb. O, oradan Kayzerslauternə gedəcək.
Son olaraq 2-ci Bundesliqada “Nurnberq”in uğurları üçün çalışan Mahir Emreli bu çempionatın digər iştirakçısı “Kayzerslautern” ilə anlaşıb.
.