Uruqvay millisinin futbolçusu Luis Suares yenidən argentinalı Lionel Messi ilə komanda yoldaşı olacaq.

Tanınmış insayder Fabritsio Romano 36 yaşlı hücumçunun ABŞ klubu “İnter Mayami” ilə anlaşdığını paylaşıb.

Onun sözlərinə görə, tərəflər yaxın müddətdə 1 illik müqaviləni rəsmiləşdirəcəklər. Sözləşmədə müddətin daha bir il uzadılması bəndi də olacaq.

Qeyd edək ki, Luis Suares 2014-2020-ci illərdə İspaniyanın “Barselona” klubunda Lionel Messi ilə birlikdə çıxış edib. Uruqvaylının son klubu Braziliya təmsilçisi “Qremio” olub.

.