Amerikanın ikinci ən böyük şəhəri Los-Ancelesdə Şəhər Şurası qondarma «Dağlıq Qarabağ Respublikası»nı «azad və suveren dövlət» kimi tanıyıb. Bu barədjə «Asbarez» nəşri bildirir.
Şəhər Şurasının erməni əsilli üzvü amerikalı Pol Qriqoryanın təqdim etdiyi qətnamə qurum tərəfindən yekdilliklə qəbul edilib. Sənəddə deyilir ki, «Dağlıq Qarabağ Respublikasında» guya azad və ədalətli seçkilərin keçirilməsi Qafqaz regionunda sabitliyin göstəricisidir.
Qətnamədə həmçinin beynəlxalq ictimaiyyətin də eyni addım atmasına çağırış var.
Xatırladaq ki, bundan öncə, Qarabağın tanınması ilə bağlı analoji sənədləri Rod-Aylend, Massaçusets, Men, Luiziana, Merilend ştatları və Kaliforniyanın Fresno, Qlendeyl şəhərləri qəbul etmişdi./ FaktXəbər/
.