Təyyarəni qaçıran şəxslər təslim olmağa və sərnişinləri buraxmağa razılaşıblar. "Reuters” agentliyinin məlumatına görə, təyyarəni qaçıran şəxslər ilk olaraq qadınları və uşaqları buraxıblar.

***

Liviya təyyarəsini qaçıran şəxslər Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın həbsxanadan azad edilməsini tələb ediblər.

***

Təyyarədə 82 kişi, 28 qadın və bir uşaq olmaqla 111 sərnişin və 7 ekipaj üzvünün olduğu açıqlanıb.

***

Liviyanın "Afriqiyah Airways” hava yolları şirkətinə məxsus A320 təyyarəsini qaçıran iki silahlının Müəmmar Qəddafinin tərəfdarları olduğu ehtimal edilir.

Publika.az
 xəbər verir ki, bu iddia ilə Malta mediası çıxış edib.

Lakin hələ ki, silahlıların tələblərinin nə olduğu bilinmir.

Təyyarəni qaçıranların birində əl bombası var. Bu iddia ilə İngiltərənin "Daily Mail” qəzeti çıxış edib.

İddialara görə, silahlılar təyyarədəki sərnişinləri vuracaqlarını, personalı isə girov saxlayacaqlarını açıqlayıb.

***

İki silahlı Liviya təyyarəsini qaçırıb.

Yenizaman.az xarici mediaya istinadən xəbər verir ki, 118 sərnişini olan təyyarə Maltaya endirilib.

Silahlılar onu partlatmaqla təhdid edirlər.

A320 təyyarəsi Liviyanın "Afriqiyah Airways” hava yolları şirkətinə məxsusdur. Məlumata görə, təyyarə daxili reysi həyata keçirirdi.

Qaçırılan təyyarə Maltanın Luqa hava limanına enib. Silahlıların tələbləri barədə hələ məlumat yoxdur.

Maltanın baş naziri Cozef Muskat "Twitter”dəki rəsmi hesabında bildirib ki, təyyarənin qaçırılması ilə əlaqədar Liviya tərəfini məlumatlandırıb. Baş nazir təhlükəsizlik gücləri və tibbi xidmətin hazır vəziyyətdə gözlədiyini bildirib.

Yenizaman.az

.