Çempionlar Liqasının I turunun “Ferensvaroş”la oyununda hesabı açan “Barselona”nın futbolçusu Lionel Messi rekorda şərik çıxıb.
 
Argentinalı turnirdə ardıcıl 16-cı mövsüm qol sevinci yaşayıb.
 
Onadək yalnız bir futbolçu bunu bacarıb. “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqz də ardıcıl 16 mövsüm Çempionlar Liqasında qol vurub. Bununla Messi uelslinin göstəricisini təkrarlamağa müvəffəq olub.

.