Türkiyədən Azərbaycana deportasiya olunan və barəsində həbs qəti imakan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev, onunla görüşüb.
Vəkil ANS PRESS-ə açıqlamasında Rauf Mirqədirovun səhhətindən şikayətçi olmadığını söyləyib. Müdafiəçi Fuad Ağayev həbs edilən jurnalistin cinayət işi ilə bağlı hələ ki ortalıqda konkret bir fakt olmadığını söyləyib: "Maddəyə baxsaq cinayət işi özü-özlüyündə çox ciddidir. Amma konkret olaraq, ittiaham tərəfinin möyqeyini təsdiq edən bir əsas görməmişik. Ola bilər ki, kimlərisə şahiq qismində dindirirlər, bu barədə bizə məlumat verilmir”.
Fuad Ağayev tanınmış hüquq müdafiəçisi Leyla Yunusun saxlanması xəbərlərinə də aydınlıq gətirib. İstintaq qurupunun rəhbərinin İbrahim Lənbəranskidi olduğunu qeyd edib. O deyib ki:" Leyla Yunusun üzərində axtarış həyata keçirilməsi və saxlanılması Rauf Mirqədirovun həbsi ilə əlaqədardır.”
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də Bakı hava limanında Dohaya gedərkən saxlanılıb. Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Xatırladaq ki, Türkiyədən Azərbaycana deportasiya olunan R.Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. R.Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
.
