Bu gün səhər saatlarında hüquq müdafiəçisi Leyla Yunusla evlərindəki polis əməkdaşları arasında qarşıdurma yaranıb.



***

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus saat 7:00-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dindirməyə aparılıb. Ötən gün axşamdan keçmiş SDİ rəhbəri ilə birlikdə saxlanılan həyat yoldaşı Arif Yunus isə insultqabağı vəziyyətlə xəstəxanaya yerləşdirilib.
Onlar Dəkkəyə yola düşməzdən əvvəl saxlanılıblar. Oradan Parisə, sonra Brüsselə Aİ-nin himayəsilə ilə keçirilən tədbirə gedəcəkdilər.
Hava limanında axtarış zamanı cütlüyün notbukları və vərəqələrdəki qeydləri götürülüb. Axtarışa vəkil Xalid Bağırov buraxılmayıb.
Saat 03:00-a yaxın evdə axtarış aparmaq üçün onları evə götürüblər.
L.Yunus axtarış üçün qapını açmaqdan imtina edib və deyib ki, vətəndaş cəmiyətinin fəalları iştirak edərsə yalnız o zaman qapını açacaq. O deyib ki, hüquq-mühafizə orqanlarına etibar etmir, çünki onlar mənzilə nəsə qoya bilərlər.
Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndələri hədə-qorxu gəliblər ki,əgər qapını açmasa sındıracaqlar.
Sonra ev sahibini qapını açmağa razı salmağa çalışıblar. Bildiriblər ki, "bu, sadəcə formal proseduradır”. Mənzilə hüquq-mühafizə orqanlarından və vətəndaş cəmiyyəti fəallarından 5 nəfərin daxil olması müzakirə edilib.
Lakin saat 4:00-a yaxın Arif Yunusun halı pisləşdiyindən və o, xəstəxanaya aparldıqdan sonra SDİ rəhbəri danışıq aparmaqdan imtina edib və bildirib ki, qapını sındırsalar o, axtarışda iştirak etməyəcək.
Saat 7:00-a yaxın L.Yunusa Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dindirməyə getmək təklif olunub.
O, vəkil Xalid Bağırovun və SDİ-nin hüquqşünasının müşayiətilə ora gedib.
SDİ ofisində axtarışa gəlincə, bu haqda səhih məlumat yoxdur. Gecə ofisi polis əməkdaşları əhatəyə alıblar. Amma gecə ofisdə işıq yandığından demək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ora daxil olublar. Çünki SDİ əməkdaşlarını ora buraxmazdılar.
Güman edilir ki, Arif və Leyla Yunuslar Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar saxlanılıblar. Belə ki, R.Mirqədirov SDİ-nin Ermənistanın vətəndaş cəmiyyəti üzrə tərəfdaşları ilə həyata keçirdiyi layihələrdə iştirak edirdi.
Qeyd edək ki, A.Yunus ötən həftə də hipertonik böhran vəziyyətində xəstəxanaya aparılmışdı.
L.Yunus özü də şəkərli diabetin ağır formasından əziyyət çəkir.

***

Vəkil Xalid Bağırovu Bakı hava limanında Leyla və Arif Yunusun yanına buraxmayıblar.
Amma Arif Yunus özü həmkarlarına zənq vurararaq bildirib ki, hələlik hava limanındadırlar və onların çantaları yoxlanılır. Onları saxlayanlar sırasında MTN, prokurorluq və hava limanının işçiləri var.

***

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında Doxaya gedərkən saxlanılıb. Doxadan onlar Parisə sonra isə Brüsselə AB-nin dəvətilə tədbirə getməli idilər.
Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.
Amma Leyla və Arif Yunusu müşayət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prpezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxmışlar. Amma, sonradan təyyarəyə minərkən yenidən saxlamışlar.
Leyla Yunus telefonla bildirmişdir ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o vəkilsiz suallara javab verməkdən imtina edib.
Təxminən 23.30 onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılajaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.
.