Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 9 saatdan çox dindirilməsi başa çatıb.
Prokurorluq binasından çıxarkən Yunus bildirib ki, vəkili ilə birlikdə SDİ-nin ofisinə gedir, burada axtarış həyata keçiriləcək. O, başına gələnləri işgəncə kimi qiymətləndirib. "Bu, işgəncədir. Mən artıq neçə saatdır ayaq üstdəyəm. Mənə hətta su içməyə, tualete getməyə imkan vermirlər”, deyə Yunus bildirib.
.