Azərbaycanda kütləvi zəhərlənmə olub.
Yenizaman.az APA-ya istinadən bildirir ki, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.
Bundan başqa, Bərdə şəhəri, Bakı küçəsində yerləşən "Bazarstore” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
.