Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə beş nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov, T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
.