
Britaniyanın “The Telegraph” qəzeti ABŞ hakimiyyətini Böyük Britaniyanın daxili işlərinə qarışmağa hazır olmaqda ittiham edib.
Qəzet Donald Trampın söz azadlıqlarının təhlükə altında olduğunu düşündüyü üçün amerikalı rəsmiləri abort əleyhdarı britaniyalı fəallarla görüşə göndərdiyini yazıb.
“Səfər Tramp administrasiyasının Britaniyanın daxili işlərinə qarışmaq istəyinin son əlamətidir”, - qəzet yazıb.
Bundan əlavə, məlumata görə, ABŞ nümayəndə heyəti əvvəllər abort mərkəzinin yaxınlığında namaz qıldıqları üçün saxlanılan bir sıra fəallarla da gizli şəkildə görüşüb.
.