ABŞ diplomatlarını yenidən Yaxın Şərq ölkələrinə göndərməyi planlaşdırır.

Bu barədə “The New York Times“ qəzetində dərc olunan yazıda bildirilib.

Məqalədə qeyd olunub ki, ABŞ bir neçə ay bundan əvvəl İranla müharibə səbəbindən Yaxın Şərq ölkələrindən təxliyə etdiyi diplomatik heyəti geri göndərməyi nəzərdən keçirir.

Buna səbəb kimi isə Tramp administrasiyasının yeni hərbi eskalasiyanı proqnozlaşdırmaması göstərilib.

Bildirilib ki, diplomatların geri qaytarılması bu həftə baş verə bilər.

Diplomatların geri qaytarılması planlaşdırılan ölkələrə Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Qətər, İraq və Küveyt daxildir.

.