İyunun 18-də keçiriləcək “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransında müzakirə olunacaq əsas məsələlər açıqlanıb.

Toplantıda 3 əsas məsələ nəzərdən keçiriləcək.

Bu məsələlərə COVID-19 pandemiyası və Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinə ictimai sağlamlıq və sosial-iqtisadi sahələrdə köməyi, proqramın strateji əhəmiyyəti və gələcək perspektivləri daxildir.

Ölkə rəhbərləri pandemiya dövründə dezinformasiyaların yayılması, dondurulmuş münaqişələr və onların həlli üçün səylərin gücləndirilməsini də müzakirə edəcəklər.

Videokonfrans formatında baş tutacaq sammitdə “Şərq tərəfdaşlığı” təşəbbüsünün gələcək prioritetləri, Aİ və proqrama üzv ölkələr arasında gələcək əlaqələr və əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq. 

.