“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 23-ə təyin edilib.
Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Maddədən məlum olur ki, Nicat Şakirli hadisə vaxtı avtomobili sərxoş vəziyyətdə idarə edib.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. N. Şakirlinin darə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.
.