Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində növbəti qalibini təbrik edib. Belə ki, onuncu “Haval H6 Ultra” avtomobilinin sahibi Valeh Həsənov olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarlarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, lotereyada “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanan üç “Nar” abunəçisi – Aris Salayev, İsmail İsgəndərov və Pərviz Hümbətov hədiyyələrini böyük sevinclə təhvil alıblar.
Qeyd edək ki, qaliblər təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib.“Çoox Şanslı” lotereyası 31 dekabra qədər davam edəcək və 11-ci, yəni sonuncu “Haval H6 Ultra” avtomobili, eləcə də lotereyanın böyük final hədiyyəsi olan “Li L9 Ultra” avtomobili üzrə tiraj isə 7 yanvar tarixində baş tutacaq.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslıpaketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.azveb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün:lotereya.nar.az/
