Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” lotereyası çərçivəsində keçirilən növbəti avtomobil tirajı sevinc dolu anlarla yadda qalıb. Beləliklə, ikinci “Haval H6 Ultra” avtomobilinin sahibi artıq bəlli olub. “Nar” qalib – İsrayıl Məmmədovu təbrik edərək ona avtomobilin açarını təqdim edib. Bundan əlavə, “Xiaomi Redmi Note 14 Pro” smartfonlarını qazanan “Nar” abunəçiləri – Ziya Salayev, Ülvi Nağıyev və Nərminə Məmmədova hədiyyələrini böyük sevinclə qəbul ediblər.
Qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. Qeyd edək ki, “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslıpaketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.azveb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün:lotereya.nar.az/
