22 sentyabr ilk dərs günündə “Nar” Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəymişməktəblərə dəstək olub. Mobil operator Füzuli rayonunun Aşağı Alxanlı, Aşağı Kürdmahmudlu, eləcə də Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərində yerləşən məktəblərin birinci sinfinə gedən şagirdlərini məktəb ləvazimatları ilə təmin edib. Bura 70-dən artıq məktəblinin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. 

“Nar” nümayəndələri məktəblilərlə görüşüb, hədiyyələri təqdim edib və onlara yeni tədris ilində uğurlar arzulayıblar. Görüşdə bildirilib ki, mobil operatorun əsas məqsədimüharibədən zərər çəkmiş təhsil ocaqlarına dəstək olmaqdır. 

Azərbaycanda təhsilə, uşaq və yeniyetmələrin inkişafına hər zaman dəstək olan “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə  uğurlu layihələr icra edib. 
 

.