“Mançester Siti”nin mövsümün sonunda qazana biləcəyi bonusun məbləği açıqlanıb.
Klub rəhbərliyi futbolçulara İngiltərə Premyer Liqasını, ölkə kubokunu və Çempionlar Liqasını qazanacaqları halda 2 milyon funt sterlinqdən çox mükafat vəd edib.
“Mançester Siti” titullara ayrı-ayrılıqda da bonus verəcək. Komanda Çempionlar Liqasının və ölkə çempionatının birincisi olarsa, hər biri üçün azı 1 milyon funt sterlinq ödəniləcək. İngiltərə kubokundakı qələbənin isə futbolçuları 300 min funt sterlinq irəli salacaq.
Qeyd edək ki, Premyer Liqada bir oyun az keçirən “Mançester Siti” ən yaxın rəqibi “Arsenal”ı 4 xal qabaqlayaraq ilk sırada yer alır. Komanda iyunun 10-da keçiriləcək Çempionlar Liqasının final görüşündə “İnter”, İngiltərə kubokunun finalında isə “Mançester Yunayted”lə qarşılaşacaq.
.