Dünən Çempionlar Liqasında (ÇL) II tura start verilib.
 
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında 8 matç keçirilib.
 
Turnirin son qalibi “Bavariya” qələbələri sıralamaqda davam edir. Münhen təmsilçisi Moskvada “Lokomotiv”i çətinliklə məğlub edib. A qrupunun digər favoriti “Atletiko” “Zalsburq” önündə ciddi problem yaşasa da, əzmkar qələbəyə sevinib.
 
B qrupunda “İnter” ardıcıl ikinci heç-heçəsini edib. İlk turda “Real”ı məğlub edən Donetsk “Şaxtyor”u bu dəfə “neradzurra”dan 1 xal alıb. “Real” Mönhenqladbax “Borussiya”sı ilə matçda məğlubiyyətdən son dəqiqələrdə vurduğu qollarla xilas olub.
 
“Real”dan fərqli olaraq, “Mançester Siti” növbəti qalibiyyətini qazanıb. “Şəhərlilər” Fransada “Marsel”i asanlıqla üstələyib. Qrupun digər görüşündə “Porto” “Olimpiakos”u əliboş yola salıb.
 
Bol qollu keçən “Atalanta” – “Ayaks” qarşılaşmasında komandalar xalları yarı bölüblər. Ehtiyat heyətlə meydana çıxan “Liverpul” isə “Midtülland”ı 2 qolla məğlub edib.

Çempionlar Liqası

II tur

27 oktyabr

A qrupu

 “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2
Mirançuk, 70 - Qoretska, 14, Kimmix, 79

 “Atletiko” (İspaniya) – “Zalsburq” (Avstriya) - 3:2
Llorente, 29, Joao Feliks, 52, 85 - Şoboslay, 40, Berişa, 47

B qrupu
 “Şaxtyor” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0
 “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real” (İspaniya) - 2:2
Turam, 33, 58 - Benzema, Kasemiro, 90+3

C qrupu
 “Porto” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Vyera, 11, Oliveyra, 85

 “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 0:3
Torres, 18, Gündoğan, 76, Sterlinq, 81

D qrupu
“Liverpul” (İngiltərə) – “Midtülland” (Danimarka) - 2:0
Jota, 55, Salah 90+3, (pen.)

“Atalanta” (İtaliya) – “Ayaks” (Niderland) - 2:2
Zapata, 54, 60 - Tadiç, 30, Traore, 38

.