Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Nazirlər Cenevrədə ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.
Qeyd olunub ki, Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.
Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələlər də müzakirə edilib.
.
