Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların yeni raundunun tarixinin yaxın zamanda elan ediləcəyini bəyan edib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Birbaşa danışıqların növbəti raundunun tarixi ən yaxın vaxtda elan ediləcək", - o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların ilk raundu mayın 16-da İstanbulda keçirilib.

.