Rusiyanın Türkiyə ilə ikitərəfli gündəlik çərçivəsində çoxsaylı planları var.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Moskvada türkiyəli həmkarı Hakan Fidan ilə görüşdə bildirib.

O vurğulayıb ki, ikitərəfli gündəliyin məqsədləri arasında Moskva və Ankara əməkdaşlığının qarşısındakı maneələrin aradan qaldırılması da var: "Bizim ticarət və investisiya əməkdaşlığımız artan templə inkişaf edir".

S.Lavrov bildirib ki, Türkiyə tərəfi ilə danışıqlarda beynəlxalq gündəliyin məsələlərinə xüsusi diqqət yetiriləcək: "Rusiya, həm də Türkiyə Şimali Afrika və Yaxın Şərq də daxil olmaqla bir sıra regionlarda normallaşma üçün beynəlxalq səylərdə fəal iştirak edir".

.