![](/uploads/img/posts/2024/05/24/1jpg-1716572770.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edib.
Bu barədə “RIA Novosti” məlumat yayıb.
“Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər”, - Lavrov vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir ki, mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
.