Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz olduqca aktual məsələlərlə, İrəvan-Bakı münasibətlərinin normallaşması məsələsi ilə məşğul oluruq. Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərindən maraqlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz mövcuddur. Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olara, biz bunda şəxsən maraqlıyıq. Həmin ölkələr regionda gərginliyi daha uzun müddətə saxlamaq üçün gündəlikləri irəli çəkirlər, ümid edirlər ki, bu gərginliklər çərçivəsində onlar öz geosiyasi maraqlarını daha intensive şəkildə irəli apara biləcəklər. Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir. Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir. Biz İrəvan və Bakı tərəfindən tələb olunan səviyyədə, nə az, nə çox, bu işdə iştirak edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiya “3+3” regional əməkdaşlıq platformasını olduqca perspektivli hesab edir

Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan normallaşması məsələsi müzakirə olunub.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva İrəvan və Bakıya onlar maraqlı olduqları təqdirdə münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə, sülh müqaviləsinin müddəalaırnın işlənib hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası və regionda iqtisadi nə nəqliyyat kommunikasiyalarının açılmasına yardım etməyə hazırdır. “Əlbəttə ki, humanitar məsələlərdə də Rusiya Ermənistan və Azərbaycana yardım etməyə hazırdır”.

Lavrov görüşdə “3+3” regional əməkdaşlıq formatının gələcək fəaliyyətində maraqlı olduğumuzu təsdiqlədiklərini də söyləyib: “Üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu olan Rusiya, İran və Türkiyə…Bu platformanı olduqca perspektivli hesab edirik”.


 

.