
Faktların Qərb tərəfindən gizlədilməsi cəzasızlığın təzahürüdür, lakin həqiqət Rusiyanın tərəfindədir və o, dünyada çoxqütblülük hüququnu müdafiə edə biləcək.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Gələcəyin Forumu – 2050” tədbirində çıxış edərkən bildirib.
Nazir Malayziya “Boeing”i ilə bağlı vəziyyəti xatırladıb: “Axı heç kim fakt təqdim etmədi. Orada 13 şahid var, onlardan yalnız biri şəxsən ifadə verib, qalanları anonimdir”.
“O başa düşüləndir ki, bu yenə də həmin cəzasızlığın və öz doğrularına sarsılmaz inamın təzahürüdür. Bu inam isə çoxqütblülük prosesini – hətta hərbi metodlarla da – pozmaq istəyənlərin əsas hərəkətverici qüvvəsinə çevrilib. Amma mənə elə gəlir ki, həqiqət bizim tərəfimizdədir, çoxqütblü dünya bizimlə olacaq”, – deyə Rusiya XİN rəhbəri bəyan edib.
.