Rusiya hərbi bazası sazişə uyğun olaraq Ermənistanda yerləşir və onun bu ölkənin ərazisində məqsədəuyğunluğundan danışmaq zərərlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

“Biz Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ümumi məqsədinə əsaslanaraq imzalanıb”, - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, bu gün Rusiya ordusu regionda sülhün təmin edilməsində əsas elementdir.

.