Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri bir araya gəlib.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı qarşıdurmaların sona çatdırılması üçün təşkil edilən Astana görüşlərində alınan nəticələrin Suriyanı şahzadəlik üsulu ilə bölmək istəyənlər tərəfindən xoş qarşılanmadığını söyləyib.

Nazir bir il öncə Rusiya, İran və Türkiyə arasında qurulan Astana formatının keçərliliyini sübut etdiyini ifadə edib.

"Astanadakı görüşlər gərginliyi azaltma bölgələri, həbs edilən və əsir götürülənlərin geri qaytarılmasına dair işçi qrupunun qurulması kimi nəticələr verir. İşlərimizlə humanitar yardımların çatdırılmasını sürətləndirdik. BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarı çərçivəsində siyasi müddətin başlanması üçün qaydalar yaratdıq. Bunu Soçidə keçirilən Suriya Milli Dialoq Konqresindəki açıqlamalar da tam şəkildə göstərdi ” – Lavrov bildirib.

.