Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammitində görüş üçün heç bir predmetli təklif irəli sürülməyib.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Çində üçtərəfli görüş barədə müzakirə də aparılmayıb.

Rusiya prezidentinin sözçüsü həmçinin bildirib ki, belə bir görüşün gündəliyi ilə bağlı heç bir əsaslı müzakirə aparılmayıb.

Qeyd edək ki, noyabrda Çində APEC sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

.