Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 5 511 082,12 min ABŞ dolları dəyərində 8 881 441,48 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 908 481,16 min dollar dəyərində 1 326 505,29 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Rumıniya tutur. Yanvar-sentyabr aylarında bu ölkəyə 644 318,31 min dollar 1 014 014,22 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 10 103 482,51 min dollarlıq 15 829 589,9 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:

№

Ölkələr

Statistik dəyər (min ABŞ dolları)

Miqdar (ton)

-

Cəmi

10 103 482.51

15 829 589.90

1

İtaliya

5 511 082.12

8 881 441.48

2

Çexiya

908 481.16

1 326 505.29

3

Rumıniya

644 318.31

1 014 014.22

4

Hindistan

399 206.99

524 337.96

5

Almaniya

395 749.80

627 441.82

6

Tunis

266 294.27

429 376.15

7

Bolqarıstan

253 113.50

358 842.99

8

İndoneziya

224 640.09

356 500.04

9

Portuqaliya

221 958.01

395 031.62

10

İsveçrə

193 596.32

272 501.37

11

Digərləri

1 085 041.94

1 643 596.98

.