Britaniyalı siyasətçi karyerası naminə hakimiyyətdə qalıb, Rusiyanın təcrid olunmasına töhfə verib. Yekunda partiya onu təcrid edib .

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniya Baş naziri Boris Consonun istefası barədə deyib.

"O getdi...Görürsüz, hamı deyirdi ki, Rusiya təcrid olunmalıdır. Hələ ki, onun öz partiyası Boris Consonu təcrid edib", - deyə Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Conson bütün fəaliyyəti ilə ilk növbədə xarici təsirlərin arxasınca getdiyini sübut edib: "O, siyasi karyerasını hər cür yüksəltmək üçün hakimiyyətdən yapışmışdı".

Lavrov: “Enerji böhranı Qərbin avantürist siyasətinin nəticəsidir”

Enerji böhranı, ərzaq böhranı kimi bu gün başlamayıb. Bu, Qərbin avantürist siyasətinin, o cümlədən "yaşıl enerjiyə" keçidin məcburi şəkildə həyata keçirilməsinin nəticəsidir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ərzaq və enerji təhlükəsizliyi ilə bağlı, Prezident Vladimir Putinin dəfələrlə verdiyi izahatlara uyğun olaraq, bu böhranların mənşəyini çox təfərrüatlı şəkildə göstərmişik. Bu böhranlar nə bu gün, nə fevralda, nə də hətta keçən il başlamayıb. Onlar Qərbin avantürist, düşünülməmiş və yanlış siyasətinin, o cümlədən tələb və istehlakın tənzimlənməsi mexanizmlərinə süni müdaxilə də daxil olmaqla, “yaşıl enerjiyə” keçidin məcburi tətbiq edilməsinin nəticəsi idi", - Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

.