Asiya-Sakit Okean regionunun bir çox ölkələri Şimali Atlantika Alyansının regionun təhlükəsizliyini təmin etməsindən çəkinməlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli mövzusunda xarici diplomatik missiyaların rəhbərləri ilə görüşündə deyib.

Nazir NATO-nun baş katibi Yens Stoltenberqin Avro-Atlantik və Asiya-Sakit Okean regionunun təhlükəsizliyinin “ayrılmazlığı” ilə bağlı sözlərinə diqqət çəkib.

“Qitəmizin bir çox ölkələri NATO-nun təhlükəsizliyimizi təmin etməyə cəhd edəcəyinə hazırlaşmalıdır”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısı əlavə edib ki, Filippinin ardınca ABŞ Asiya-Sakit Okean regionunun bir sıra digər ölkələrinə öz ərazilərində orta və qısa mənzilli raketlərini yerləşdirmək üçün müraciət edə bilər.

.