Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.

“Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlük protokollarını yekdilliklə ratifikasiya edib. Təbrik edirəm, müttəfiqlər!”, - XİN rəhbəri qeyd edib.

.