24 dekabr 2024-cü il tarixində Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan vətəndaş - 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-nin Mətbuat xidmətindən məlumat verilib.