Kürdəmir rayonunda odlu silah və vasitələri aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yenikənd kənd sakini Abdulbağı Qubadovun evinə baxış zamanı nömrəsi silinən "Makarov” markalı tapança, patron darağı, tapança kaburası, müvafiq sənədləri olmayan "İJ-43M” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

.