Kiyev və Moskva taxıl ixracı ilə bağlı razılaşmanın iki addımlığındadır.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "El Pais"ə müsahibəsində deyib.

"Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Biz müqavilənin son mərhələsindəyik və indi hər şey Rusiya Federasiyasından asılıdır", - Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş olacaq. Onlar Ukrayna limanlarında blokadaya alınan taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edəcəklər.

.