"Milli Şuraya üzv olmaq üçün xeyli sayda insan müraciət edib. Üzvlüyə müraciət edənlər arasında ziyalılar, QHT və media nümayəndələri də var. Xüsusilə Milli Şuraya üzv olmaq üçün həbsxanalarda cəza çəkən çoxsaylı məhbuslar da qoşulmaq istəyirlər”.
Bunu Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, hazırda üzvlüyə qəbulla bağlı sistemləşdirmə gedir. Növbəti sessiyadan başlayaraq, üzvlüyə qəbulla bağlı məsələ müzakirə ediləcək”.
O.Gülalıyev qeyd edib ki, Milli Şura üzvlərinin sayında limit tətbiq edilmir: "Üzvlərin qəbulu başa çatandan sonra qurum üzvlərinin sayı açıqlanacaq. Hesab edirəm ki, bu prosesdən sonra Milli Şura üzvlərinin sayı əvvəlkindən də çox olacaq”.
Qeyd edək ki, Milli Şura yarananda 129 üzv var idi. Qurumdakı istefalardan sonra bu rəqəm 88-ə enib.
.