Krımda keçirilən referendumdan sonra muxtar vilayətin Rusiyanın tərkib hissəsinə daxil olması rəsmiləşdirildi. Bir neçə dəqiqə bundan qabaq Rusiya prezidenti Vladimir Putinin Kremldəki çıxışından sonra Krımın baş naziri Sergey Aksenov, parlament sədri Vladimir Konstantinov və Sevastopolun başçısı Aleksey Çalıyla birgə sənəd imzalayıb.
Belə ki, Krım Muxtar Respublikası bə Sevastopol şəhəri rəsmən Rusiyanın tərkib hissəinə daxil olub. İndi Rusiya parlamenti bu müqaviləni ratifikasiya etməlidir. Ardınca Krımın birləşdirilməsi üçün Rusiya konstitusiyasına dəyişilik ediləcək.
.
