Krımın Ali Şurası Muxtar Respublikanın Nazirlər Şurasının yeni tərkibini formalaşdırıb.
Yenizaman.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə parlamentin spikeri Vladimir Konstantinov deyib.
Onun sözlərinə görə, bu hökumətdə hər bir nazir yalnız əməkhaqqına görə çalışacaq: "Bunu etməyənlərlə yollarımızı ayıracağıq".
Bununla belə, V.Konstantinov hökumətin yeni üzvlərinin adlarını çəkməkdən imtina edərək, Krım Ali Sovetinin mətbuat xidmətinin rəsmi açıqlamasını gözləməyə tövsiyyə edib.
.
