"İnterfax" agentliyinin verdiyi məlumata görə, Krımda keçirilən referendumda səslərin 75 faizi sayılıb. Bu barədə ictimaiyyətə Krım Seçki Komissiyasının rəhbəri Mixail Malışev məlumat verib. O, əlavə edib ki, 95,7 faiz krımlı Rusiyanın tərkib hissəsinə qatılmağı dəstəkləyib.
Mixail Malışev həmçinin bildirib ki, bu dəqiqəyə qədər səsvermədə iştirak edənlərdən yalnız 3,2 faiz əhali Ukraynanın tərkibində qalmağa səs verib. Ümumilikdə 1,1 faiz bülleten isə etibarsız hesab olunub.
.
