Rusiya və Fransa işçi səviyyədə təmasları saxlayır, lakin ali səviyyədə danışıqlara hazırlıq hələ ki aparılmır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Hələ ki dəqiq deyə bilmərik, konkret planda hazırda ali səviyyədə təmaslara dair bizdə hər hansı işartı yoxdur", - o, Fransa Prezidenti Emmanuel Makronun Vladimir Putinlə danışıqlara hazırlıq barədə bəyanatlarını şərh edərkən deyib.
D.Peskov əlavə edib ki, işçi səviyyədə müəyyən təmaslar var, lakin bununla bağlı hələ ki diqqətəlayiq bir şey bəyan edə bilmərik.
Daha əvvəl Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlar hazırlıq mərhələsindədir və faydalı ola bilər.
.
