Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Moskvaya təkrar dəvətə cavab verməyib.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya hələ ki, Moskvada Zelenski ilə danışıqlar barədə danışır: "Danışıqlar üçün başqa bir məkan barədə müzakirələr yersizdir".
Peskov qeyd edib ki, Türkiyə və BƏƏ-də Ukrayna ilə bağlı danışıqlar bir-birinin davamı deyil. Kreml rəsmisinin fikrincə, bu danışıqların məğzi fərqlidir.
.
