Kreml hələlik Ukrayna ilə bağlı növbəti danışıqların harada və nə vaxt keçiriləcəyini açıqlamır.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar ictimai müzakirəyə imkan verməyən mərhələdədir.
Peskov Putinin köməkçisi Vladimir Medinskinin Cenevrədə üçtərəfli danışıqlarla bağlı açıqlamasına əlavə edəcək bir şey olmadığını da bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Rusiya və ABŞ prezidentləri arasında danışıq planlaşdırılmır.
.
