Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur: “Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivləri qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq. Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bloomberg agentliyi Rusiyanın bazar ertəsi gecəsi defolt baş verdiyini iddia edib. Agentliyin yazdığına görə, bu defolt Rusiyada 1918-ci ildən bəri ilk dəfə baş verib.

.